Telefoniya ödənişləri

təlimat

Telefon xidməti üzrə ödənişi həyata keçirmək üçün Elektron hökumət portalına daxil olursunuz. Açılan pəncərədə Sahələr bölməsinin Online ödənişlər altbölməsinə keçid edirsiniz.

onlayn odenis

 

Online ödənişlər drop-daun menyusundan Rabitə və kommunal xidmət haqlarının internet vasitəsilə ödənilməsi bölməsinə daxil olursunuz.

telefon odenis

 

Burada Stasionar telefonlar menyusundan Baktelecom-u seçirsiniz.

stasionar telefon

 

Daha sonra telefon və ya müqavilə nömrəsini daxil edirsiniz.

telefon odenisi

 

Növbəti səhifədə abonentin məlumatları açılacaq. Məlumatların doğruluğunu yoxladıqdan sonra növbəti səhifəyə keçə bilərsiniz. 

telefon odenishi

 

Növbəti səhifədə borcunuzun olduğu bəndi seçərək, davam edirsiniz.

telefon borc

 

İrəli komandasını verdikdən sonra məbləği və ödəniş üsulunu seçərək, davam edirsiniz. 

telefon odenishi

 

Növbəti addımda artıq ödəniş kartı məlumatlarınızı daxil edərək, ödənişi həyata keçirə bilərsiniz. 

telefon odenisi

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close