IPTV texnologiyası (Internet Protocol Television) - yüksək dəqiqlikli rəqəmsal televiziya yayımıdır. Rəqəmsal televiziyanın yüksək görüntü və səs keyfiyyəti olur, çünki bizim peykdən rəqəmsal formada aldığımız siqnal heç bir dəyişikliyə məruz qalmır. İkincisi, yayımın diapazonu genişlənir. Analoq TV-də kanalların sayını genişləndirmək mümkün deyil. Rəqəmsal TV-də isə kanalların sayını yüzlərlə kanala qədər genişləndirmək olar. Əlavə olaraq, rəqəmsal TV əlavə xidmətlər təmin edir.
Kabel TV-nin siqnal ötürülməsi internetlə heç bir əlaqəsi olmadan kabel xətləri üzərindən daşınır. İPTV siqnalı isə internetin keçdiyi xəttin üzərindən ötürülür.
IPTV xidməti GPON texnologiyası üzərindən təmin olunur. Xidmətdən istifadə etmək üçün IPTV set-top boks avadanlığını əldə etməlisiniz.
İPTV-yə AV, HDMI çıxışı olan istənilən televizorda baxmaq olar.
Bəli. Lakin bu halda hər televizor üçün ayrıca avadanlıq tələb olunur.
Kanalların tam siyahısı ilə https://www.baktelecom.az/kanallar linkindən tanış ola bilərsiniz.
IPTV xidmətinə "BTR" MMC-yə məxsus Rabitə Xidmətləri Mərkəzlərinə və ATS-lərə müraciət edərək qoşulmaq olar.
Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Siz əgər Baktelecom-un internet istifadəçisisinizsə, İPTV-yə qoşulma pulsuzdur.
Bəli, siz internet istifadəçisi olmasanız da, bizim IPTV xidmətimizdən istifdə edə bilərsiniz. Lakin bu halda sizin mütləq telefon xəttiniz olmalıdır və İPTV xidmətinə qoşulma üçün 5 AZN ödəməlisiniz.
Xeyr, siz set-top boks olmadan İPTV-ni izləyə bilməzsiniz.
Qoşulma 3 iş günü ərzində həyata keçirilir.
İPTV-nin aylıq ödənişi 4 manat təşkil edir. IPTV-nin təmin etdiyi digər xidmətlərin tarifləri üçün linkə daxil olun: https://www.baktelecom.az/tarifler-2
Birinci ay üçün xidmət haqqı qoşulma zamanı həyata keçirilir, növbəti aylarda isə hər cari ayın 5-dək həyata keçirilir.
IPTV-nin görüntüsü internetin sürətindən deyil, telefonun xətt parametrlərindən asılıdır.
Bəli, siz mövcud televizorunuzu IPTV xidmətləri üçün istifadə edə bilərsiniz. Sizə televizorda yalnız set top boksa qoşulmaq üçün Video və Audio input interface-i lazım olacaq.
IPTV xidmətindən istifadə etmək üçün müştəri Baktelecom-un Fiber Optik internet istifadəçisi olmalıdır.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya "Şəbəkə" xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.
Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.
2 ay ərzində heç bir ödəniş aparılmazsa abunəçilik ləğv olunur.
Baktelecom ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Baktelecom-un müvafiq Rabitə Xidməti Mərkəzinə və ya "Şəbəkə" mərkəzlərinə 1 ay öncədən ərizə ilə müraciət etmək lazımdır.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.