FAQ

  • Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

    Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

    Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

    Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

  • Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?

    Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.

  • IP-telefoniya xidmətinizin tariflərini bilmək istərdim.

    Rabitə xidmətinin tarifləri haqqında məlumatı https://www.baktelecom.az/tarifler-12 linkindən əldə edə bilərsiniz.

  • Qoşulduqdan sonrakı aylarda telefon xidməti üçün ödənişi nə zaman etməliyəm?

    Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər tam ödənilməlidir.

  • Hansı üsulla telefon xidmət haqqımı ödəyə bilərəm?

    Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya "Şəbəkə" xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.

  • Texniki dəstək üçün kimə müraciət edə bilərəm?

    Texniki dəstək almaq üçün siz "Baktelecom"un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close