FAQ

  • Mən başqa evə köçmüşəm. Nömrəmi ora daşıya bilərəm?

    Abonent eyni ATS-in ərazisində öz nömrəsini daşıya bilər. 

  • Telefon nömrəmi dəyişmək istəyirəm. Nə etməliyəm?

    Nömrəni dəyişmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərinə müraciət etməlidir.

  • Mən ev telefonundan istifadə etmirəm və nömrəmdən imtina etmək istəyirəm.

    Nömrəni ləğv etmək üçün telefon nömrəsinin sahibi öz şəxsiyyət vəsiqəsi ilə ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərinə müraciət etməlidir.

  • Telefon nömrəsini digər şəxsin adına necə keçirmək olar?

    Abunəçi istifadəsində olan telefon nömrəsini ailənin digər üzvünün adına keçirmək istədiyi halda, şəxsin ailə üzvü olmasını təsdiq edən sənədlər ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə təqdim olunur. Valideyn telefon nömrəsini hər hansı bir övladının adına keçirmək istədiyi halda, valideynin razılıq ərizəsi, şəxsiyyət vəsiqələri, övladın doğum haqqında şəhadətnaməsi ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə təqdim olunmalıdır.

  • Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına necə keçirmək olar?

    Telefon nömrəsini dünyasını dəyişmiş şəxsin adından çıxarıb digər şəxsin adına keçirmək üçün ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə müraciət etmək lazımdır. Müraciət zamanı dünyasını dəyişən şəxsin ölüm haqqında şəhadətnaməsi, nömrənin adına keçiriləcəyi şəxsin şəxsiyyət vəsiqəsi, yeni abunəçi dünyasını dəyişən şəxsin övladıdırsa, onun doğum haqqında şəhadətnaməsi, eləcə də digər valideynin icazə ərizəsi (əgər sağdırsa), həyat yoldaşıdırsa, nigah haqqında şəhadətnaməsi təqdim olunmalıdır.

  • Nömrəm ləğv olunub. Onu necə bərpa edə bilərəm?

    Müqaviləyə xitam verilməsindən sonra 2 ay ərzində nömrə digər abunəçilərə satılmır, yəni həmin müddətdə yenidən müraciət edən abunəçi (telefon çəkilişi tarifinə uyğun 30 AZN ödəniş edərək) əvvəlki nömrəsini əldə edə bilər.

  • Hansı halda mənimlə olan müqaviləyə birtərəfli qaydada xitam verilərək, nömrə adımdan çıxarılır?

    Sabit (stasionar) telefon istifadəçiləri cari ayın 5-dək telefon borcunu öncədən ödəməlidir. Ödəniş edilmədiyi təqdirdə, ayın 6-dan etibarən xidmət birtərəfli qaydada dayandırılacaq və abunəçilər yalnız daxil olan zəngləri qəbul edə biləcəklər. Sonrakı bir ay ərzində borc ödənilmədiyi halda, abunəçiyə əlavə borc yazılmaması üçün telefon şəbəkədən çıxarılacaq. Şəbəkədən çıxarıldıqdan sonra, iki ay ərzində (borcun yaranmasından 4 ay sonra) abunəçi iki ayın abunə və istifadə edilmiş xidmətlərin haqqını ödəyərək, telefon xidmətini bərpa edə bilər. Əks halda, onunla bağlanan müqaviləyə xitam veriləcək.

  • Telefoniya xidmətinizin tariflərini bilmək istərdim.

    Rabitə xidmətinin tarifləri haqqında məlumatı https://www.baktelecom.az/tarifler-3 linkindən əldə edə bilərsiniz. 

  • Qoşulduqdan sonrakı aylarda telefon xidməti üçün ödənişi nə zaman etməliyəm? 

    Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər tam ödənilməlidir. 

  • Hansı üsulla telefon xidmət haqqımı ödəyə bilərəm?

    Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya "Şəbəkə" xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.

  • Müvəqqəti telefondan istifadə etməyəcəm. Mənim abunəçiliyimi saxlaya bilərsinizmi?

    Abunəçi birdəfəlik ödənişi (2 AZN) və aylıq abunə haqqını (7 AZN) ödəməklə telefonunu müvəqqəti bağlayaraq abunəçiliyini saxlaya bilər.

  • Texniki dəstək üçün kimə müraciət edə bilərəm?  

    Texniki dəstək almaq üçün siz "Baktelecom"un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.

  • Xidmətə qoşulmaq üçün hansı sənədlər tələb olunur?

    Yeni telefon çəkilişi üçün:

    - Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);

    - Fərdi sahibkarlar şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi mülkiyyət sənədi, VÖEN; şəxsi mülkiyyəti olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;

    - Hüquqi şəxslər: Yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.

  • Müştəri xidmətləri ilə necə əlaqə saxlaya bilərəm?

    Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close