IPTV xidməti üzrə ödənişi həyata keçirmək üçün Hesab.az portalına daxil olursunuz. Açılan Qeydiyyatsız Onlayn Ödəmə bölməsində Kabel TV menyusuna keçid edirsiniz.
Şirkətlərin siyahısından Baktelecom-u seçirsiniz.
Bu səhifədə ödəniş etmək istədiyiniz telefon nömrəsini boş xanaya daxil edirsiniz.
Növbəti səhifədə məlumatların doğruluğunu yoxlayır, o cümlədən ödəmək istədiyiniz məbləği qeyd edir və ödəniş kartının növünü seçirsiniz.
Son addımda kart məlumatlarınızı daxil edərək, ödənişi həyata keçirirsiniz.
Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.