Çağrı Mərkəzi

Elanlar

Azeurotel-in təqdim etdiyi telekommunikasiya xidmətlərində meydana çıxan fasilə bərpa edilir

9 iyul tarixində "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı EATS-larındakı (Elektron Avtomat Telefon Stansiyası) avadanlıqların işində fasiləyə səbəb olan nasazlığın aradan qaldırılması istiqamətində işlər intensiv şəkildə davam etdirilir.
Artıq 55% abunəçiyə rabitə xidmətlərinin ötürülməsində yaranan çətinlik aradan qaldırılıb, telekommunikasiya xidmətlərinin ən qısa zamanda tam bərpası üçün işlər davam etdirilir.
Aparılan təmir-bərpa prosesi zamanı yeniliklər olduqca ictimaiyyətə məlumat təqdim ediləcək.
Abunəçilərə bu müddət ərzində rabitə xidmətlərində yaranmış fasilələri anlayışla qarşıladıqlarına görə təşəkkür edirik.
Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlərimizi gücləndirəcəyik.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək