Çağrı Mərkəzi

Elanlar

Azeurotel-in təqdim etdiyi telekommunikasiya xidmətlərində yaranan çətinlik aradan qaldırılır

9 iyul tarixində "Bakı Telefon Rabitəsi" MMC-nin tabeliyində fəaliyyət göstərən "Azeurotel" telekommunikasiya operatorunun 437/492/497/504/505 saylı Elektron Avtomat Telefon Stansiyaları üzərindən ötürülən rabitə xidmətlərində meydana gələn çətinliyin böyük qismi aradan qaldırılıb.
Artıq xidməti dayanan 70% abunəçinin telefon, internet və televiziya xidmətləri bərpa edilib.
Hazırda rabitə qurğularının işində fasiləyə səbəb olan nasazlığın tam aradan qaldırılması istiqamətində işlər operativ qaydada davam etdirilir.
Aparılan təmir-bərpa prosesi zamanı yeniliklər olduqca ictimaiyyətə məlumat təqdim ediləcək.
Abunəçilərə bu müddət ərzində rabitə xidmətlərində yaranmış fasilələri anlayışla qarşıladıqlarına görə təşəkkür edirik.
Gələcəkdə belə halların baş verməməsi və əhalinin dayanıqlı xidmətlərlə təminatı üçün tədbirlərimizi gücləndirəcəyik.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək