Press-reliz

“Bakı Telefon Rabitəsi” MMC tərəfindən 24 min mənzil optik şəbəkəyə keçirildi

“Bakı Telefon Rabitəsi” MMC son 3 ay ərzində köhnə və yeni tikililərdəki 24 min mənzili optik şəbəkəyə keçirib. Sakinlər üçün bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadəyə imkan yaradılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (“Baktelecom”)  Bakı şəhərində telefon, genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətlərininin beynəlxalq standartlarla  təqdim edilməsi istiqamətində yaşayış binalarının optik şəbəkəyə keçidi prosesini davam etdirir.

Aprel ayından etibarən “Evədək optika” layihəsinin ikinci mərhələsi üzrə Yasamal, Xətai, Nizami, Sabunçu və Qaradağ rayonlarında yerləşən köhnə və yeni tikililərdəki 24 min mənzildə müxtəlif tutumlu mis kabellər istismardan çıxarılaraq müasir standartlara cavab verən fiber-optik kabellərlə əvəzlənib. İnternet avadanlıqlarla pulsuz təmin olunan sakinlərin keyfiyyətli multimedia xidmətlərinə qoşulması prosesi aparılıb. 

Qeyd edək ki, “Evədək optika” layihəsi tətbiq olunan yaşayış binalarında məlumat lövhələri yerləşdirilərək sakinlər öncədən məlumatlandırılır. Onların sürətlə qeydiyyata alınmasına və optik şəbəkəyə çıxışına imkan yaradılır. Eyni zamanda paytaxt sakinləri 24/7 fəaliyyət göstərən 155 “Vahid Çağrı Mərkəzi”nə zəng etməklə ünvan üzrə layihənin əhatə dairəsi haqqında məlumat əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, ilin sonunadək 150 minlik optik infrastruktur istifadəçilərin istismarına təqdim olunacaq.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close