Çağrı Mərkəzi

Press-reliz

“Bakı Telefon Rabitəsi” MMC-nin 2021-ci il audit edilmiş maliyyə hesabatlarının qısa icmalı

Cəmiyyətin gəlirləri, əsasən, internet və telefon xidmətləri üzrə formalaşır və 2020-ci il ilə müqayisədə 2021-ci ilin gəlirləri 5% artaraq 81 847 min manata çatmışdır.

Cəmiyyətin təsərrüfat fəaliyyətində əməliyyatların genişlənməsi, ümumi, inzibati və digər əməliyyat xərclərini 2021-ci ilə nisbətdə 18% artıraraq 24 086 min manat olmasına səbəb olmuşdur. Xidmət sahələrinin genişləndirilməsi digər əməliyyat gəlirlərini kəskin artırmış  və əməliyyat fəaliyyəti üzrə mənfəət 5 089 min manat təşkil etmişdir.

Cəmiyyətin vergidən öncəki mənfəəti 2020-ci ilə müqayisədə 2 529 min manat artaraq 4 941 min manat təşkil etmişdir. Cəmiyyət 2020-ci ili 13 712 min manat zərərlə başa vursa da, 2021-ci ili 12 594 min manat mənfəətlə başa vurmuşdur.

2021-ci ildə Cəmiyyətə dövlət büdcəsindən 5 638 min manat məbləğində vəsait ayrılmış, həmin vəsait Ələt İqtisadi Zonasında GPON texnologiyasının tikilməsinə və avadanlıqların alınmasına istifadə edilmişdir. Cəmiyyətin təsərrüfat fəaliyyətində əməliyyatların genişlənməsi nəticəsində əldə olunan nağd pul vəsaitlərini 9 990 min manat artmışdır. Ümumilikdə Cəmiyyətin 2021-ci ilin sonuna pul vəsaitlərinin vəziyyəti də ötən ilə nisbətdə xeyli yaxşılaşaraq 1 475 min manatdan 6 120 min manata qədər artmışdır.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close