Çağrı Mərkəzi

Press-reliz

“Bakı Telefon Rabitəsi” MMC yeni rəqəmsal TV xidmətini təqdim edir

İndi “Baktelecom”un fiber-optik internet xidməti (GPON-Gigabit Passive Optical Networks) üzərindən təmin olunan yeni TV xidməti – Tvin TV-ni əldə edən abunəçi ümumi 247 TV kanaldan 57-ni HD yayım keyfiyyətində izləmək imkanı əldə edəcək. Tvin TV-nin heç bir yaddaş kartı olmadan verilişlərin 7 günlük arxivini izləmək və “YouTube”,  “Netflix” kimi tətbiqlərdən istifadə etmək kimi üstünlükləri var. 
 
Qeyd etmək lazımdır ki, Tvin TV həm adi TV, həm də Smart TV funksiyalarına malikdir. 
 
“Baktelecom” Tvin TV-ni əldə etmək istəyən abunəçilərinə 3-ü 1-də paketini 29 AZN-ə təqdim edir. Bu paketə telefoniya, 30 mbit/s sürətli GPON texnologiyalı internet və TV xidmətləri daxildir.   
 
4K keyfiyyəti özündə ehtiva edən xidmətin digər üstünlükləri aşağıdakı kimidir:
 
Rahatlıq: 
24/7 dəstək 
valideyn nəzarəti funksionallığı
asan istifadə
kabellərə və antenlərə ehtiyac yox  
 
Sərfəli: 
12 aylıq güzəştli şərtlərlə pulsuz cihaz və qoşulma 
Smart TV-yə xərclənən vəsaitə qənaət 
3 xidmət birlikdə daha əlçatan
 
Məlumat üçün bildirək ki, rəqəmsal TV xidmətinə yalnız “Aztelekom” və “Baktelecom”un GPON xidməti olan ünvanlardakı abunəçiləri qoşula bilərlər. 
 
Bu paket daxilində 30 mbit/s internet təklif edilsə də, abunəçilər seçim əsasında daha yüksəksürətli fiber-optik internet xidmətləri də əldə edə bilərlər. Bu və ya digər xidmətlərə qoşulmaq üçün https://tvintv.az/ saytı vasitəsilə, “TV” sözünü sms ilə 6789 qısa nömrəsinə göndərməklə və ya Rabitə Xidmətləri Mərkəzlərinə müraciət etmək olar. 

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close