Çağrı Mərkəzi

Xəbərlər

“Baktelecom” Bakıda keçiriləcək futbol üzrə Avro-2020 oyunlarında telekommunikasiya xidmətlərini davamlı təmin edəcək

Bakı şəhərində keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işləri yekunlaşdırılıb. Artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb.

Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə Nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyin “Bakı Taksi” Xidməti tərəfindən tələbata uyğun olaraq taksi xidməti təşkil olunacaq.

Oyun günlərində müvafiq öhdəliklərin icrası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən nəzarətdə saxlanılacaq.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək