Press-reliz

Baktelecom koronavirus “COVİD-19” infeksiyasına qarşı qurumun inzibati binasında təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) koronavirus “COVİD-19” infeksiyasına qarşı təxirəsalınmaz profilaktik tədbirlərini qurumun inzibati binasında da həyata keçirir.

Eyni zamanda Cəmiyyətin nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzlərində, “AzeuroTel” MMC və “Azərrabitəlayihə” MMC-də yeni növ koronavirusun profilaktikası üzrə bir sıra qabaqlayıcı tədbirlər görülür.

Dezinfeksiya işləri qrafikə uyğun olaraq müraciətçilərin qəbulu baş tutan xidmət və abunə zalları, iş otaqları və binaların giriş-çıxış hissələrində aparılır.

Əməkdaşların, müraciətçi və abunəçilərin təhlükəsizliyini təmin etmək məqsədi ilə virusa qarşı profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.

Həmçinin, koronavirusun yayılmasının qarşısının alınması məqsədi ilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək və maskalar, qapaqlı tullantılar və bunun kimi profilaktik vasitələr də tədarük olunur.

Qeyd edək ki, COVİD-19 virusunun yayılması, qarşısının alınması məqsədi ilə "Qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" operatorları virus infeksiyası barəsində təlimatlandırılıblar.

 

  

  

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close