Xəbərlər

“Baktelecom”da ənənəvi qanvermə aksiyası keçirildi

Bu gün “Baktelecom”-da qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün ənənəvi qanvermə aksiyası təşkil olunub. Azərbaycan Talassemiya Federasiyasının təşəbbüsü və Baktelecomun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən aksiyada qurumun bir sıra əməkdaşları fəal iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş həkim-hematoloqlar donorların sağlamlıq vəziyyətini qiymətləndirdikdən və anemiya testi etdikdən sonra tibbi tələblərə cavab verən könüllülərin aksiyada iştirakına icazə verilib. Bununla da Baktelecomun strukturuna daxil olan xidmət mərkəzlərindən aksiyaya qatılan qan donorları qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan tədarükünün artırılmasına dəstək olublar.
Qeyd edək ki, toplanan qan nümunələri müayinədən keçdikdən sonra onlardan hemofiliyalı və talassemiyalı xəstələrin, eləcə də qana ehtiyacı olan insanların müalicəsində istifadə olunacaq.
Məlumat üçün bildirək ki, qan verərəkən insanların həyatını xilas etməklə yanaşı, qan donoru öz immun sisteminin güclənməsinə də müsbət təsir göstərmiş olur. Qanvermə proseduru ürək-damar xəstəlikləri ilə yanaşı şəkərli diabet riskini də azaldır.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close