Çağrı Mərkəzi

Xəbərlər

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar vebinar keçiriləcək

Beynəlxalq Təhlükəsiz İnternet Günü ilə əlaqədar V-XI sinif şagirdləri üçün vebinar təşkil ediləcək. Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Elektron Təhlükəsizlik Xidməti, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi, “Kaspersky”, “Microsoft” və “Azercell” şirkətlərinin təşkilatçılığı ilə 9 fevral tarixində saat 14:00-da “Virtual məktəb” platforması üzərindən həyata keçiriləcək.

Məqsəd  şagirdləri qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırmaq, maarifləndirmə işləri aparmaq, uşaq və yeniyetmələr arasında onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir.

Vebinarda mövzu ətrafında məruzələr dinləniləcək, müzakirələr aparılacaq və şagirdlər tərəfindən verilən suallar cavablandırılacaq.

Şagirdlər qeyd olunan tarixdə http://bit.ly/3rmjUq9  keçidinə daxil olaraq, vebinarda iştirak edə bilərlər.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək