Press-reliz

“Baktelecom” Biləcəri sakinlərinə səyyar xidmət göstərib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) tərəfindən Biləcəri qəsəbəsi sakinlərinə yerində xidmət göstərilməsi üçün səyyar vətəndaş qəbulu təşkil olunub.

Xüsusi karantin rejimində vətəndaşlar qəsəbədə yeni qurulmuş optik rabitə xidmətlərinə məsafə qət etmədən qoşulmaq üçün müraciət imkanı əldə ediblər.

“Baktelecom”un səyyar komandası “Evədək optika” xidmətinin üstünlükləri, genişzolaqlı multimedia xidmətləri və sərfəli tarif paketləri haqqında sorğuları cavablandırıb. Vətəndaşlara bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı barədə məlumat verilib.

Qeyd edək ki, bundan öncə “Evədək optika” layihəsi “Baktelecom” tərəfindən köhnə və yeni yaşayış binalarında tətbiq edilirdi. Artıq fərdi yaşayış evlərinin də optik xətlərlə təchiz olunması prosesinə başlanıb. Sakinlərin genişzolaqlı telekommunikasiya xidmətlərinə qoşulmasına imkan yaradılır.

Baktelecom biləcəri sakinləri ilə görüş  Baktelecom Biləcəri sakinləri internet

 Baktelecom Biləcəri sakinləri internet  Baktelecom Biləcəri sakinləri görüş

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close