Çağrı Mərkəzi

Press-reliz

“Baktelecom” Binə qəsəbəsində optik şəbəkəsini istifadəyə verdi

“Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) paytaxtın Xəzər rayonunda yerləşən Binə qəsəbəsi, Südçülük massivində 5000 nömrə tutumlu yeni optik şəbəkəsini istifadəyə verib. Sözügedən ərazidə artıq 500-dən çox ailə telefon, internet və televiziya xidmətləri ilə təmin olunub. Bu xidmətlərin dəstəklənməsi üçün istifadəçilərə modemlər ödənişsiz təqdim edilib.

Əlavə olaraq qəsəbənin Atçılıq massivində də “Evədək optika” layihəsi icra olunur. Müasir standartlara cavab verən fiber-optik xətlərin çəkilişi yekunlaşdıqdan sonra sakinlərin telekommunikasiya xidmətlərinə qoşulması təmin ediləcək.

Ümumilikdə “Baktelecom” Binə qəsəbəsində 2022-ci ilin ortalarınadək 10 000 nömrə tutumlu optik şəbəkənin tikintisini planlaşdırır. Aparılan yenidənqurma işləri ilə ərazidə rabitə xidmətlərinə mövcud tələbatın tam şəkildə aradan qaldırılması nəzərdə tutulub.

Qeyd edək ki, “Evədək optika” layihəsi çərçivəsində Bakı və ətraf ərazilərdə 230 000 istifadəçi tutumlu optik şəbəkə yaradılıb. Artıq bu şəbəkə üzərindən 130 000 mənzilin müasir standartlarla optik xidmətlərə qoşulması təmin edilib. Sözügedən şəbəkə ən müasir internet bağlantısı olan GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında qurulur. Bu texnologiya sabit sürətə zəmanət verməklə yanaşı, telefon, internet və televiziya xidmətlərini bir xətt üzərindən təqdim etməyə imkan yaradır.

Binədə optik şəbəkə    Binədə optik internet telefon

Binədə optik şəbəkə  Binə optik internet telefon

Binədə optik telefon internet  optik internet telefon Binədə

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close