Press-reliz

Bir xətt üzərindən 3 xidmət – Paytaxtın telekommunikasiya infrastrukturundakı yeniliklər “Bakutel-2018” sərgisində

"Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) ənənəvi “Bakutel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisində bu il də öz yenilikləri ilə iştirak edir.
Sərgi ziyarətçiləri “Baktelecom” tərəfindən əlavə avadanlıq olmadan GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında göstərilən bir xətlə üç xidmət haqqında geniş məlumat əldə edirlər. "Evədək optika" layihəsi çərçivəsində tətbiq olunan texnologiya telefon, internet və İPTV xidmətlərinin optik xətt üzərindən rahat qoşulmasını təmin edir. Artıq, Baktelecom daha çox müştəriyə xidmətin göstərilməsi üçün Finlandiyanın rabitə texnologiyaları sahəsində dünyamiqyaslı “Nokia” şirkəti ilə müqavilə imzalayıb. İlkin mərhələdə 400 min avadanlığın alınması ilə bağlı əməkdaşlıq qurulub. 
Qeyd edək ki, "Evədək optika" layihəsi çərçivəsində Bakı şəhəri üzrə 40 min mənzildə xidmət göstərilməsi üçün infrastruktur yaradılıb. Növbəti il bu rəqəmin 100 minə qədər artırılacağı gözlənilir. 
Eyni zamanda sərgi iştirakçılarına paytaxtın telekommunikasiya infrastrukturu məhdud ərazilərində tətbiq edilən LTE (Long Term Evolution) texnologoyasının üstünlükləri və simsiz şəbəkənin əhatə dairəsi haqqında geniş məlumat təqdim olunur. Bu ilin mart ayından etibarən Abşeron yarımadasının bütün kəndlərində, eləcə də Bakının bəzi ərazilərində sakinlər simsiz rabitə xidmətinə qoşularaq multimedia xidmətləri ilə təmin olunublar. Hazırda 15 min sakinin telekommunikasiya xidmətlərinə qoşulması üçün infrastruktur yaradılıb. Layihə 2019-cu ildə də davam etdirilərək simsiz şəbəkənin əhatə dairəsi genişləndiriləcək. Belə ki, növbəti il 30 minlik infrastruktur əhalinin istifadəsinə təqdim olunacaq. 
“Baktelecom”un evlər və korporativ müəssisələr üçün “Ayrılmış İnternet Kanalı” (AİK) xidməti də sərgidə yer alıb. Fiber optik xətləri üzərindən təmin edilən AİK xidməti ilə videomüşahidə, İP telefoniya, İPTV xidmətlərindən rahat istifadə imkanı, eləcə də şirkətin fərdi və korporativ müştərilər üçün nəzərdə tutulan xidmətlər paketi, güzəştli tarifləri haqqında geniş informasiya təqdim olunur.

 

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close