Press-reliz

BTR MMC tərəfindən koronavirus “COVİD-19”- a qarşı təxirəsalınmaz tədbirlər həyata keçirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) koronavirus “COVİD-19” infeksiyasına qarşı təxirəsalınmaz profilaktik tədbirləri davam etdirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, eləcə də nazirliyin strukturuna daxil olan, eyni zamanda strukturuna daxil olmayan tabeliyindəki qurumların çağrı mərkəzlərinə vətəndaşlar tərəfindən gələn sorğuları nəzərə alıb, NRYTN-nin, xüsusilə müvafiq qurumların bu istiqamətdə gördüyü işlər mütəmadi olaraq KİV, nazirlik və qurumların rəsmi saytları və sosial media hesablarında işıqlandırılır. Məqsəd virusun yayılmasının qarşısını almaqla yanaşı, görülən işlərlə bağlı ictimaiyyəti, vətəndaşları məlumatlandırmaq, yarana biləcək narahatlıq və narazılığı aradan qaldırmaqdır.

Bu gün “Bakı Telefon Rabitəsi” MMC-nin nəzdində fəaliyyət göstərən 1 və 2 saylı rabitə xidmətləri mərkəzlərində və bu mərkəzlərin inzibati binasında yerləşən "Şəbəkə" xidmət mərkəzlərində yeni növ koronavirus “COVİD-19” infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə dezinfeksiya işləri aparılıb. Xüsusilə müraciətçilərin qəbulu baş tutan xidmət zallarında profilaktik tədbirlər həyata keçirilib.

Dezinfeksiya işləri qrafikə uyğun olaraq “Bakı Telefon Rabitəsi” MMC və nəzdində fəaliyyət göstərən rabitə xidmətləri mərkəzləri, ATS-lər, “AzEvroTel” telekommunikasiya operatoru, “Azərrabitəlayihə” MMC-də müvafiq qaydada davam etdiriləcək

Eyni zamanda koronavirus barəsində məlumat xarakterli məqalə hazırlanaraq maarifləndirmə məqsədilə “Baktelecom”un nəzdində fəaliyyət göstərən xidmət mərkəzlərinə təqdim edilib. "Qaynar xətt" (598 38 99 və 598 46 99) yaradılaraq 24/7 formatında fəaliyyəti təmin olunub. "Qaynar xətt" işçiləri virus infeksiyası barəsində təlimatlandırılıblar.

Məlumatın dəqiq və vaxtında toplanması məqsədilə tənəffüs xəstəlikləri ilə xəstəxanaya daxil olan əməkdaşlar barəsində, eləcə də qaynar xəttə koronavirusla bağlı daxil olan müraciətlərin hər gün 9:20-dək dispetçer mərkəzinə bildirilməsi tapşırılıb.

Koronavirusun qarşısının alınması üçün təbliğat-təşviqat işlərinin gücləndirilməsi üçün “Baktelecom”un İnzibati binası, xidmət mərkəzləri, qurum və bölmələrində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən hazırlanmış məlumatların Azərbaycan dilində tərtib edilərək yerləşdirilməsinə başlanılıb.

Əməkdaşlar arasında fərdi və kollektiv gigiyena qaydalarını yüksəltmək məqsədilə antiseptik məhlullar, duru sabun, tibbi əlcək, maskalar və s. kimi profilaktik vasitələr tədarük edilib.

Həyata keçirilən “Evədək optika” layihəsi çərçivəsində, eləcə də digər telekommunikasiya xidmətlərinin təminatı zamanı əhali ilə təmasda olan əməkdaşların təlimatlandırılması, onların ilkin qoruyucu vasitələrlə (tibbi əlcək, tibbi və N95 tipli maskalar və spirt tərkibli daşınan sanitayzerlər) təmin edilməsinə göstəriş verilib.

 

 

 

 

 

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close