Çağrı Mərkəzi

Xəbərlər

“DevopsDays Baku” tədbiri keçirilib

innoweek; devops“InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində Bakıda növbəti “DevopsDays Baku – Bakıda proqramçılar və sistem administratorları arasında qarşılıqlı əlaqə və əməkdaşlıq nəticəsində yaradılan tətbiqi proqramların hazırlanması prosesi günləri” onlayn tədbiri baş tutub.

Azərbaycanda ikinci dəfə keçirilən tədbirdə həm texniki, həm də qeyri-texniki mövzulara, o cümlədən proqram təminatının inkişafı, İT infrastrukturunun ən aktual məsələlərinə toxunulub, yerli və xarici spikerlər tərəfindən bilik və təcrübələr paylaşılıb.

ABŞ, Peru, Türkiyə, Hollandiya və digər ölkələrdən spikerlər “Uber”, “Amazon” və “Google” kimi şirkətlərdəki təcrübələri haqqında iştirakçılara məlumat veriblər.

“DevopsDays” – proqram təminatı, İT infrastruktur əməliyyatları və bu sahələri əhatə edən mövzuları özündə əks etdirən dünya miqyaslı texniki konfransdır.

Bu il “COVID 19” pandemiyası ilə əlaqədar onlayn rejimdə keçirilən beynəlxalq tədbir ilk dəfə 2009-cu ildə Belçikanın Gent şəhərində təşkil olunub.

“DevopsDays” Azərbaycanda 2019-cu ildən keçirilir.

Həm yerli, həm də xarici spikerlərin çıxış etdiyi tədbirin təşkilatçıları SUP.VC Akselerasiya Mərkəzi və PAŞA Bank olub.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək