Çağrı Mərkəzi

Press-reliz

“Baktelecom” mətbuat işçilərinin yaşayış binasını optik şəbəkəyə keçirib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) mətbuat işçilərinin yaşayış binasını müasir standartlara cavab verən optik şəbəkə ilə təchiz edib.

“Baktelecom” bu işləri ölkədə elan olunmuş hərbi vəziyyət və xüsusi karantin rejimi ilə əlaqədar kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin sürətli internet şəbəkəsinə çıxışını təmin etmək məqsədilə “Evədək optika” layihəsi çərçivəsində həyata keçirib.

Mətbuat işçilərinin 170 mənzillik yaşayış binasında optik infrastrukturun qurulması işləri artıq tam başa çatdırılıb. Sakinlərin bir optik xətt üzərindən multimedia xidmətləri ilə operativ təmin edilməsinə imkan yaradılıb, onlara internet avadanlıqları hədiyyə edilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları və düşmənin təxribatları barədə əhalinin KİV nümayəndələri tərəfindən məlumatlandırılmasını yüksək qiymətləndirir, media mənsublarına peşə fəaliyyətlərində uğurlar arzu edir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq Sərəncamı ilə tikilmiş və jurnalistlərin istifadəsində olan digər binada da bundan öncə “Baktelecom” tərəfindən genişzolaqlı optik şəbəkə qurulub.

mətbuat işçiləri üçün optika  mətbuat işçilərinin binasına optik internet

jurnalistlərin binasına optik internet Baktelecom  jurnalistlərin binasına optik internet Baktelecom

Baktelecom jurnalistlər üçün optik internet çəkir   Jurnalistlərin binasına optik internet Baktelecom

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close