Elanlar

Phishing barədə xəbərdarlıq

Son günlər “Baktelecom” şirkəti adından internet istifadəçilərinə “phishing” (fişinq) mesajlar daxil olur. Kiberdələduzluğun növlərindən biri olan fişinq hücumlar (balıq ovu) vasitəsi ilə istifadəçilərin şəxsi məlumatları (İD nömrə, e-mail ünvan, bank şifrəsi, lokasiya və s.) aldatma yolu ilə əldə edilir. Şübhəli mətn və ya məktublar aldıqda onu göndərən tərəfin e-mail ünvanının saxta olub olmamasını yoxlamaq vacibdir. İlk baxışdan əsli ilə oxşar olan, əslində saxta internet resursunun “URL”, yəni link hissəsində saytın adının düzgün yazılışından (məsələn baktelecom.az) əmin olmaq lazımdır.
Nəzərinizə çatdırırıq ki, “Baktelecom” tərəfindən istifadəçilərin şəxsi məlumatlarını, xüsusilə bank şifrələrini tələb edən mesajlar göndərilmir.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close