Xəbərlər

Ramin Quluzadə yerli startapların dünya bazarına çıxışının təşkili ilə bağlı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının baş katibi ilə müzakirələr aparıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ilə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) baş katibi Mukisa Kituyi İnnovasiyalar Agentliyində görüşüb.

Görüşdə “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üzrə əməkdaşlığa dair Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf üzrə Konfransının Birgə Bəyanatı” imzalanıb.

Həmçinin qarşılıqlı əməkdaşlıq perspektivləri, yerli startapların dünya bazarına çıxışının təşkili məsələləri müzakirə olunub.

Daha sonra UNCTAD-ın baş katibi Mukisa Kituyi startaplarla görüşüb. İnnovasiyalar Agentliyinin Barama Biznes İnkubasiya və Akselerasiya Mərkəzinin, eyni zamanda Azərbaycanın innovasiya ekosistemində fəaliyyət göstərən startapçılar tədbirdə öz layihələrinin təqdimatını keçirib.

Qonaqlara "Barama"nın yeni akselerasiya proqramına başlaması haqqında məlumat verilib. Bildirilib ki, proqramın qalibləri 12 həftə boyunca müxtəlif texniki, maddi, hüquqi, maliyyə xidmətləri alacaq, onlara dövlət və özəl sektor qurumları ilə müqavilələrin imzalanması və satışlarının həyata keçirilməsi üçün dəstək göstəriləcək.

Proqramın son mərhələsində isə seçilmiş layihələrə investisiya cəlb olunmasına köməklik göstəriləcək.

   

   

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close