Press-reliz

Spartakiadada gərgin mübarizə şəraitində keçən daha bir yarış yekunlaşıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi,  Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin, “Spartak” Könüllü Bədən Tərbiyəsi və İdman Cəmiyyəti İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Sağlamlıq – 2018” Respublika Spartakiadası çərçivəsində atletika (kross) idman növü üzrə yarış baş tutub.

9 komandanın qatıldığı yarış gərgin mübarizə şəraitində keçib.

Nəticədə birinciliyi “Bakı Telefon Rabitəsi” MMC-nin komandası qazanıb.

II pillədə Dövlət Radiotezliklər İdarəsinin komandası, III pillədə isə “Hərbiləşdirilmiş Mühafizə İdarəsi” MMC-nin komandası qərarlaşıb.

Qeyd edək ki, sözügedən idman spartakiadası çərçivəsində növbəti olaraq 04-06 fevral tarixlərində şahmat yarışı keçiriləcək.

Mənə zəng edin

-dan
-dək

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close