Çağrı Mərkəzi

Elanlar

Telekommunikasiya xidmətlərində yaranmış fasilə barədə məlumat

25 iyun, səhər saatlarında "Bakı Telefon Rabitəsi" MMC-nin (Baktelecom) tabeliyindəki 450/451 saylı EATS-ın (Elektron Avtomat Telefon Stansiyası)  işində fasilə yaranıb.

Sözügedən telekommunikasiya stansiyasındakı elektrik xətlərində alışma baş verib. Nəticədə 2600 abunəçiyə rabitə xidmətlərinin ötürülməsində fasilə yaranıb.

Hadisə zamanı əməkdaşlar arasında xəsarət alan olmayıb.

Hazırda növbətçi heyət yaranmış çətinliyin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirir.

Qısa zamanda telekommunikasiya xidmətləri tam olaraq bərpa ediləcək.

Abunəçilərə bu müddət ərzində rabitə xidmətlərində yaranmış fasilələri anlayışla qarşıladıqlarına görə təşəkkür edirik.

Telekommunikasiya xidmətlərinin təminatı bərpa edildikdən sonra Baktelecom-a aid  rəsmi internet səhifəsi və sosial media hesabları üzərindən ictimaiyyətə məlumat təqdim ediləcək.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək