2.4 GHz Wi-Fi tezliyindən 5 GHz-ə keçid

Hörmətli abunəçilər, internet sürətinizi artırmaq üçün Wi-Fi şəbəkəsini 5 GHz tezliyinə keçid etməyinizi tövsiyə edirik. Keçid prosesi ilə bağlı addımlar bunlardır:

Addım 1: Wi-Fi siyahısına daxil olun

  • Telefon və ya kompüterinizin Wi-Fi parametrlərinə giriş edin.

Addım 2: 5 GHz şəbəkəsini seçin                                                                                                               

  • Siyahıda 5 GHz şəbəkə adını (SSID) tapın. (Ad 2.4 GHz-dən fərqli olacaq).

Addım 3: Şifrəni daxil edin                                                                                                                                    

  • 5 GHz şəbəkəsinə qoşulmaq üçün şifrəni daxil edin. (Şifrə 2.4 GHz ilə eynidir).

Addım 4: Qoşulmanı təsdiqləyin                                                                                                                

  • Qoşulduqdan sonra internet əlaqənizi yoxlayın. Beləliklə, yüksək sürət və keyfiyyətli internetdən istifadə etməyə başlayın.


Diqqət edilməli məqamlar:

  • Modem Uyğunluğu: Modeminiz 5 GHz-i dəstəkləməlidir.
  • Cihaz Uyğunluğu: Bəzi köhnə cihazlar yalnız 2.4 GHz-i dəstəkləyə bilər. Cihazlarınızın 5 GHz-i dəstəklədiyini yoxlayın.

5 GHz tezliyinə keçid edərək daha sürətli və keyfiyyətli internet əlaqəsindən yararlana bilərsiniz. Baktelecom olaraq müştəri məmnuniyyətinə önəm veririk və internet təcrübənizi daha da yaxşılaşdırmaq üçün mütəmadi olaraq çalışırıq.
Hər hansı bir sualınız və ya çətinliyiniz olarsa, 155 Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.


Aşağıdakı videonu izləyərək keçid prosesi ilə ətraflı tanış ola bilərsiniz: