Xidmət haqqında

“Baktelecom” şəbəkəsində mövcud olan 226 ədəd böyük və kiçik tutumlu ATS-in 43 ədədi vasitəsilə 1 saylı rabitə xidmətləri mərkəzi Nəsimi, Binəqədi, Yasamal və Səbail rayonları ərazisində; 34 ədədi vasitəsilə 2 saylı rabitə xidmətləri mərkəzi Nəsimi, Nərimanov, Binəqədi, Səbail və Xətai rayonları ərazisində; 26 ədədi vasitəsilə 3 saylı rabitə xidmətləri mərkəzi Nizami, Xətai, Suraxanı, Sabunçu rayonları ərazisində; 47 ədədi vasitəsilə 4 saylı rabitə xidmətləri mərkəzi Sabunçu və Suraxanı rayonları ərazisində; 36 ədədi vasitəsilə 5 saylı rabitə xidmətləri mərkəzi Xəzər və Pirallahı rayonları ərazisinə; 20 ədədi vasitəsilə 6 saylı rabitə xidmətləri mərkəzi Qaradağ rayonu ərazisinə; 20 ədədi ilə “AzEvroTel” MMC Səbail, Yasamal, Nəsimi rayonlarının ərazisində müxtəlif rabitə və digər telekommunikasiya xidmətləri təşkil edir.

MMC-nin şəbəkəsində mövcud olan 226 ədəd ATS-dən 2 ədədi Bakı və Abşeron rayonunda (Rouminq ilə respublika ərazisində) simsiz telefon və qalan 224 ədədi isə simli telefon xidməti göstərir.

“Baktelecom” şəbəkəsi ATS-lərində quraşdırılmış telefon nömrə tutumu 728588 ədəd nömrə təşkil edir və bütün ATS-lər elektron tiplidir. Şəbəkədə quraşdırılmış tutumların 624919 nömrəsi və ya 85,8 % abunəçilərin istifadəsinə verilmişdir.

Şəbəkə ATS-lərində quraşdırılmış tutumların 442110 nömrə (60,7%) müasir NGN, 88478 nömrə (12,1%) C&C 08, 106356 nömrə (15 %) S-12, 67876 nömrə (9.3 %) DMS, 512 nömrə (0,07 %) DRX, 256 nömrə (0,04 %) Karel, 10000 nömrə (1,37 %) LTE və 13000 nömrə (1,78 %) CDMA tipli avadanlıqlar təşkil edir.

“Baktelecom” şəbəkəsinin stansiyalararası bağlantıları 100 faiz optik səviyyədə təşkil olunmuş, böyük tutumlu stansiyalararası rabitənin alternativliyi 100 faizə, digər stansiyalar üzrə isə 90 faizə çatdırılmışdır. Şəbəkədə stansiyalararası optik kabellərin uzunluğu 1456,3 km təşkil edir. MMC-nin şəbəkəsində nömrələrin abunəçilərə paylanması 1516 ədəd paylayıcı şkaf vasitəsilə həyata keçirilir.

"Bakı Telefon Rabitəsi" MMC-nin şəbəkəsi vasitəsilə abunəçilərə “Bakinternet” və digər İSP-lər tərəfindən genişzolaqlı sürətli internet xidmətləri göstərilir. Hazırda şəbəkəyə qoşulan abunəçilərdən 294613 ədədi genişzolaqlı xətlər vasitəsilə internet xidmətlərindən (o cümlədən "BTR" MMC -235658 ədəd, digər İSP-lər 58955 ədəd) istifadə edir. İnternet xidmətlərdən istifadəyə olan tələbata uyğun olaraq "BTR" MMC şəbəkəsinin ATS-lərində ADSL portlarının tutumu 359020 ədədə çatdırılmışdır. Bu portların 258393 ədədi və ya 72 faizi "BTR" MMC, 100627 ədədi və ya 28 faizi digər İSP-lər tərəfindən quraşdırılmışdır.

“GPON” layihəsi çərçivəsində quraşdırılmış OLT avadanlıqların montaj tutumu 206336 port, istifadə tutumu isə 74055 təşkil edir

Mövcud vəziyyətdə "BTR" MMC şəbəkəsi telefonlarının 40,6 faizinin xətləri üzərindən genişzolaql sürətli internet xidmətləri göstərilir.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close