Çağrı Mərkəzi

Xəbərlər

“İKT-də Qızlar” beynəlxalq günü

Hər il aprelin dördüncü həftəsinin dördüncü günü bütün dünyada “İKT-də Qızlar” günü kimi qeyd edilir. “İKT-də Qızlar” günü Birləşmiş Millətlər Təşkilatının (BMT) informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsis edilib.

“İKT-də Qızlar” gününün keçirilməsinin məqsədi qızları İKT sahəsinə cəlb etmək, bu sahədə onların rolunun artırılmasına dəstək verməkdir.

Bu beynəlxalq gün ənənəvi olaraq ölkəmizdə də geniş qeyd olunur.

Gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, onları rəqəmsal dünyanın fəal iştirakçısı olmağa cəlb etmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hər il “İKT-də Qızlar” beynəlxalq gününə həsr olunmuş tədbirlər təşkil olunur.

Bu dəfə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Girls Code Azerbaijan” platforması tərəfindən tələbə qızlar üçün “Proqramlaşdırma: R ilə verilənlərin analizi və vizuallaşdırılması” mövzusunda tədbir təşkil edilib. Tədbirdə R dilinin texnologiyada istifadə yeri və tətbiq üsulları müzakirə olunaraq praktiki nümunələr üzərindən göstərilib. İştirakçıların sualları ətraflı cavablandırılıb.

Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “FemTech” platforması, “AREA” Robotexnika və Mühəndislik Akademiyasının və “Dərs evi” şirkətinin birgə təşkilatçılığı ilə 9-10-cu siniflərin qız şagirdləri üçün “Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçirilib. Tədbirdə “İnsan və robot ünsiyyəti: alternativ dizayn və yeni nəsil yanaşması” və “Müasir dövrdə innovasiya və peşəkar qadın” mövzuları əhatə edilib. Təlimçilər öz nəzəri və praktiki biliklərini iştirakçılarla bölüşüb.

Mənə zəng edin

-dan
-dək
Göndərilir...

Həftənin 5 iş günü ərzində
saat 09:00-dan 18:00-dək xidmətinizdəyik.

Close
Sizə necə kömək edə bilərik?
Onlayn dəstək