Şəhid əməkdaşımızın anım gününü qeyd etdik
“Baktelecom”un tabeliyindəki “AzEuroTel” MMC-də 44 günlük Vətən müharibəsi qəhrəmanlarından olan şəhid Nurəhməd Hacıbəy oğlu Ulubəyovun 27-ci doğum günü çalışdığı kollektiv tərəfindən qeyd olundu. Çıxış edənlər Nurəhmədin vətənpərvərliyindən, peşəsinə bağlılığından və həyatsevərliyindən danışaraq onun xatirəsini daim uca tutduqlarını bildirdilər. Şəhidin inzibati binada quraşdırılmış xatirə lövhəsi qarşısına gül dəstələri qoyuldu.
Sonra doğmaları, çalışdığı kollektivin üzvləri, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə II Fəxri Xiyabanda məzarı ziyarət edildi.
Nurəhməd Ulubəyov 2020-ci il oktyabr ayının 8-də Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə öz şəhadəti ilə adını müqəddəslik zirvəsinə yazdırıb.
Şəhadətindən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.