Əgər sizə xidmət göstərən telefon stansiyası Baktelecom-un əhatə dairəsinə daxildirsə, bizim ADSL/VDSL xidmətlərimizə qoşula bilərsiniz. Qoşulmaq üçün "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə müraciət etmək olar.
ADSL/VDSL internet xidmətinə qoşulma haqqı pulsuzdur.
ADSL/VDSL sürət və tarifləri haqqında məlumatı Tariflər bölümündən əldə edə bilərsiniz.
Müqaviləyə əsasən aylıq abunə haqqı cari ay üçün ayın 1-dən 5-ə qədər əvvəlcədən tam ödənilməlidir.
Ödəniş üsulları: E-gov.az, GoldenPay, Hesab.az, easypay, kassam.az, banklar, ödəniş terminalları (Paypoint) və bilavasitə "BTR" MMC-yə məxsus ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzində və ya "Şəbəkə" xidmət mərkəzlərindən birində ödəyə bilərsiniz.
Abunəçi 155 Çağrı Mərkəzinə müraciət edərək abunəliyinə dair məlumatları əldə edə bilər.
Bəli, Siz Baktelecom-un ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə müraciət edərək tarifinizi dəyişə bilərsiniz.
Texniki dəstək almaq üçün siz Baktelecom-un Çağrı Mərkəzi 155 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.baktelecom.az/elaqe-2 vasitəsilə müraciət edə bilərsiniz.
Fərdi abunəçilər mənzildə qeydiyyat olduqda, yalnız şəxsiyyət vəsiqəsi, mənzildə qeydiyyat olmadıqda, mülkiyyət sənədi və şəxsiyyət vəsiqəsi (etibarnamə);
Fiziki şəxslər (Fərdi sahibkarlar) şəxsi mülkiyyət olarsa, şəxsiyyət vəsiqəsi, mülkiyyət sənədi, VÖEN, şəxsi mülkiyyət olmazsa, şəxsiyyət vəsiqəsi, icarə müqaviləsi, VÖEN;
Hüquqi şəxslər yazılı müraciət (məktub), VÖEN, dövlət reyestrindən çıxarış, icarə müqaviləsi (mülkiyyətçi olmadıqda) və ya mülkiyyət sənədi (mülkiyyətçi olduqda) ilə müraciət edir və bu sənədlər əsasında müştəri ilə müqavilə bağlanır.
Abunəçi Baktelecom ilə müqavilə bağladıqdan sonra 3 iş günü ərzində qoşulma həyata keçirilir.
Müştəri xidmətlərimizlə birbaşa 155 Çağrı Mərkəzi ilə əlaqə saxlamaq olar. Eynilə şirkətimizin vebsaytında onlayn müraciət edərək (https://www.baktelecom.az/elaqe-2 və ya "Mənə zəng et" xidmətləri) Müştəri xidmətləri üzrə mütəxəssislərimizlə əlaqə saxlamaq olar.
Baktelecom ilə bağlanmış abunə müqaviləsinə xitam vermək üçün Baktelecom-un ərazi üzrə müvafiq Rabitə Xidmətləri Mərkəzinə və ya "Şəbəkə" xidmət mərkəzlərindən birinə 1 ay öncədən ərizə ilə müraciət etmək lazımdır.
Bu zaman modemin təminat proqramının yenilənməsi tələb olunur. WiFi şifrəsini ələ keçirməyə imkan verən proqramlar daha çox TP-Link modemlərə müdaxilə edir. WiFi şifrəsini dəyişməklə bu problemi qismən həll etmək mümkündür. Daha dəqiq həll yolu isə istifadə etdiyiniz notebook, telefon, planşet və s. qurğuların Mac adresini cihazın Mac filtr bölməsində yaddaşa daxil etməkdir. Bu halda wi-fi şəbəkənizə kənar müdaxilələrin qarşısı alınmış olacaq.
Şəbəkədə paylayıcı (wifi modem, switch, access point) avadanlıqlardan istifadə edərək istənilən qədər kompyuteri internetə qoşmaq mümkündür.
217.64.16.1 , 217.64.16.2
Standart texniki göstəricilərə əsasən ATS-lə istifadəçi arasında orta məsafə ADSL texnologiyasında 4 km, VDSL texnologiyasında isə 1.3 km olmalıdır.
Problem sizin şəbəkə kartı, veb brauzer və ya digər amillərlə əlaqədar ola bilər. Bu problemlə bağlı provayder hər hansı məsuliyyət daşımır.
Biz müştərilərimizə Dinamik IP (dəyişilən ünvan) və Static İP (dəyişilməyən ünvan) təklif edirik.
Static IP dəyişilməyən ünvandır. Dinamik IP-dən istifadə edən internet istifadəçiləri internetə hər daxil olub-çıxdıqda onların IP ünvanı dəyişir. Statik IP ünvanları isə xüsusi bir istifadəçi üçün təyin olunur və başqa biri o ünvandan istifadə edə bilmir. Bu səbəbdən də statistik rəqəmlərlə çalışan və nəzarət kameraları quraşdırmış istifadəçilər Statik IP-dən istifadə etməlidirlər.
ADSL-də IP ünvanı modemin interface-ində status bölməsindən öyrənə bilərsiniz.
VDSL-də Baktelecom-un Çağrı Mərkəzinə müraciət edərək IP ünvanı öyrənmək olar.
ADSL/VDSL-in qəbul olunmuş standartları var. Xətt göstəriciləri bu standartlara uyğun olmalıdır. Bu parametrlər sizin xəttinizin fiziki göstəricilərini təyin edir.
SNR Margin - Signal Noise Rate. ADSL siqnalının xətdəki səs siqnalına olan nisbətini göstərir.
7 db qədər — sinxronizasiya itir. Keyfiyyətsiz xəttdir.
7 - 10 db — Qırılmalar ola bilər.
10 db - 20 db — normal xətt.
20 db - 29 db — yaxşı xətt.
29 db dən yuxarı — əla xətt. Line Attenuation - ADSL siqnalının zəifləməsi göstəricisidir.
20 db qədər— əla xətt
20 db - 40 db — normal xətt
40 db - 50 db — qırılmalar ola bilər
50 db - 60 db — sinxronizasiya itir
60 db dən yuxarı — avadanlıq işləməyəcək
SNR Margin və Line Attenuation göstəricilərinə modemin sazlanmalarına baxmaq olar.
Bu problem 2 səbəbdən baş verə bilər:
1. telefon xəttinin parametrləri normalara uyğun olmadıqda;
2. splitter zədəli olduqda;
ADSL internetə qoşulmaq üçün Provayder tərəfindən verilən istifadəçi adı, şifrə, VPI və VCI sazlanmalıdır.
VPI: 8 35; VCI: 0 35;
Paralel telefondan istifadə etdikdə hər telefon üçün ayrıca splitterdən istifadə edilməlidir. Əgər internet kəsilirsə hansısa splitter işləmir və ya düzgün qoşulmayıb. Düzgün qoşulmanı təmin etmək üçün Baktelecomun mütəxəssislərinə müraciət edə bilərsiniz.